Pakistanın keçmiş Baş Qərargah rəisi və Prezidenti Pərviz Müşərrəfin dünən paytaxt İslamabadda məhkəməyə gedərkən vəziyyəti pisləşib.
"Axar.az" "Cihan" xəbər agentliyinə istinadən xəbər verir ki, Ravalpindi Silahlı Qüvvələr Kardioloji İnstitutuna yerləşdirilən sabiq prezidentin infarkt keçirdiyi məlum olub. Son verilən açıqlamaya görə, Müşərrəfin həyatı təhlükədədir.
Xəstəxana binasının qarşısına toplaşan bir qrup generala dəstək olub. Axşam saatlarında Müşərrəfin qızı da xəstəxanaya gəlib.
Xatırladaq ki, vətənə xəyanət etməkdə günahlandırılan sabiq dövlət başçısı barədə İslamabad məhkəməsi məhkəməyə gəlməyəcəyi təqdirdə həbs qərarı verəcəyini bəyan etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !