Şabranda qəza baş verib - Ölən və yaralılar var

10:08 | 01.07.2024
Şabranda qəza baş verib - Ölən və yaralılar var

Şabranda qəza baş verib - Ölən və yaralılar var

Şabran rayonunda baş verən  yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə report məlumat yayıb. 


Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.


Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.


Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM