Axar.az xəbər verir ki, Rusiyada rublun dəyərdən düşməsi bu ölkədə Azərbaycana gətirilən tikinti materiallarının kəskin ucuzlaşması ilə sonuclanıb.
Regional TV-nin məlumatına görə, Xaçmazda son bir neçə gün ərzində taxtanın qiyməti 20 faiz aşağı düşüb. Satıcılar qiymətlərin ucuzlaşmasını Rusiya Federasiyasında rublun məzənnəsinin enməsi ilə əlaqələndirilir. Belə ki, bir neçə gün öncə 240-220 manat arası olan taxtanın 1 kubu hazırda 175 manata təklif olunur.
Bazarda dam örüklərinin də qiymətində 5-6 faiz enmə müşahidə olunur. Bir müddət öncə armaturun 1 metrəsi 60-90 qəpiyə təklif olunurdusa, indi bu göstərici 55-75 qəpikdir. Amma buna baxmayaraq, yerli materialların qiymətində dəyişiklik yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !