• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Sadiq abunəçilər üçün “Bakcell”dən “Ulduzum” proqramı

Sadiq abunəçilər üçün “Bakcell”dən “Ulduzum” proqramı
23.12.2013 13:28

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinin sadiqliyini yüksək dəyərləndirir və onlara “Ulduzum” adlı yeni loyallıq proqramını təqdim edir. 

Bu proqram çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir. “Ulduzum”a qoşulan hər kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.

Proqrama üzv olmaq asan və pulsuzdur.

 “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum”a üzv ola bilər.

Proqrama qoşulan abunəçilər iki kateqoriyaya bölünür: “Ulduzum” və “Ulduzum Premium” üzvləri.

Aşağıdakı meyarlara uyğun olan abunəçilər avtomatik olaraq “Ulduzum Premium” kateqoriyasına aid edilirlər:

• 5 ildən çox Bakcell-in abunəçisi olan şəxslər;

• Əvvəlki ayda balansına 15 AZN yükləmiş abunəçilər;

• Gold və Klass XXL tarifində olan bütün abunəçilər.

Bütün digər abunəçilər isə “Ulduzum” kateqoriyasına aid ediləcəklər.

İstifadə qaydaları:

• “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərməklə abunəçi proqrama qoşulur;

• “*”  yazıb 5555 qısa nömrəsinə SMS göndərməklə abunəçi 4 rəqəmli şifrə alır. SMS-in qiyməti 0.03 AZN; 

• Abunəçi aldığı Kodu Ulduzum partnyor şəbəkəsində təqdim etməklə endirimlərdən faydalanır.

Əlavə məlumat:

• “STATUS” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum” proqramında hansı kateqoriyaya aid olduğunu təyin edə bilər.

• “INFO” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi Ulduzum” proqramı haqqında ətraflı məlumat əldə edə bilər.

• Gün ərzində 10 dəfə şifrə əldə etmək olar. Hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.

• “Ulduzum” proqramından çıxmaq üçün “STOP” sözünü yazaraq 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək lazımdır.

www.ulduzum.az saytında Ulduzum proqramının partnyorlarının siyahısı, onların təklif etdiyi endirimlər və  daha ətraflı məlumatı əldə etmək olar.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 11:07
Aktiv vergi ödəyicilərinin sayı artıb
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol