• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Şahdəniz” layihəsi çərçivəsində iki müqavilə imzalanıb

“Şahdəniz” layihəsi çərçivəsində iki müqavilə imzalanıb
29.05.2020 06:09

“Şahdəniz” konsorsiumu “Mərhələ-2” layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng “Mərhələ-2” layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir. 750 mln. ABŞ dolları dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 200 və 12 200 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir. Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək. Bu müqavilənin imzalanması “Şahdəniz” tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2 750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir. Bu müqavilə “Şahdəniz II” layihəsi üçün dəniz obyektlərinin - dayaq blokları, boru kəmərləri və sualtı qurğuların - inşası, daşınması və quraşdırılması üzrə ümumi iş həcminə dair Əsas Saziş çərçivəsində imzalanıb. Bundan əlavə, “Şahdəniz” konsorsiumu həmçinin sualtı hasilat sistemlərinin təchizatına dair müqavilə imzalayıb. Bu müqavilənin təxmini dəyəri 394 milyon dollar təşkil edir və o, “FMC Technologies Inc.” şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki iş həcminə ilk iki hasilat kompleksi üçün avadanlıqların təchizatı daxildir. Bu komplekslər sualtı manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici komponentlərdən ibarətdir. Bu müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir. “Şahdəniz II” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə müqavilələrin imzalanması bu böyük işlənmə layihəsinin çoxsaylı sahələri üzrə edilən ümumi irəliləyişin bir hissəsi kimi davam etdiriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol