Riqada şahmat üzrə "Grand Swiss-2021” turnirinin dördüncü turunun oyunları keçirilib.
Bu mərhələdə Azərbaycan şahmatçıları Rauf Məmmədov Fide təmsilçisi Vladislav Kovalyov, Nicat Abasov avstraliyalı Temur Kuybokarov, Vasif Durarbəyli özbəkistanlı Cavoxir Sindarov, Aydın Süleymanlı serbiyalı Luka Budisavljevic ilə heç-heçə ediblər.
4 turun nəticəsinə görə R.Məmmədov, N.Abasov 2, V.Durarbəyli 1,5 xal toplayıb. A.Süleymanlının aktivində isə 0,5 xal var.
İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !