Salyanda ağır yol qəzası olub, xəsarət alanlar var

Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
www.anews.az