Qarşılaşmadan əvvəl "Şamaxı"nın futbolçuları Rail Məlikov və Ruslan Əmircanovun karyeralarını bitirdikləri rəsmən elan olunub. Klub prezidenti bu münasibətlə hər iki oyunçuya xatirə hədiyyəsi təqdim edib.
Qarşılaşmaya yerli sakinlər tərəfindən maraq böyükdür. 2 200 tamaşaçı tutumuna malik tribunalar tam dolub. Ayaq üstə qalanlar isə meydanı əhatələyən dəmir hasarlar arxasından izləyirlər.
Fəxri tribunada AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov və digər nüfuzlu qonaqlar yer alıblar.
Hazırda "Şamaxı" komandası öndədir - 1:0. Yeganə qolu 10-cu dəqiqədə cərimə zərbəsindən Rəhman Hacıyev vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !