Şanxay Əməkdaşlıq Təşkilatının sammiti oktyabrda Pakistanda keçiriləcək

14:34 | 04.07.2024
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti oktyabrda Pakistanda keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti oktyabrda Pakistanda keçiriləcək

2024-cü ilin oktyabrında Pakistanın paytaxtı İslamabadda  Şanxay Əməkdaşlıq Təşkilatınnın (ŞƏT) sammiti keçiriləcək. Bu barədə ölkənin baş naziri Şahbaz Şərif məlumat verib. 
 
"Pakistan bu ilin oktyabrında İslamabadda keçiriləcək ŞƏT Hökumət Başçıları Şurasının iclasında ŞƏT ailəsi ilə görüşməyi səbirsizliklə gözləyir", - o, X-də (keçmiş Twitter) yazıb.

İyulun 3-4-də Qazaxıstanın paytaxtında ŞƏT-in sammiti keçirilib. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət idi; 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşmaq üzrədir.

Ümumilikdə ŞƏT 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM