Sarkisyanı qorxudan kimdir? - VİDEO

08:50 | 13.08.2014
Sarkisyanı qorxudan kimdir? - VİDEO

Sarkisyanı qorxudan kimdir? - VİDEO

Rusiyada prezident Serj Sarkisyanın bəyanatı ciddi qarşılanmır Sarkisyanın bəyanatları Soçi danışıqlarına vasitəçilik edən Rusiyada da maraqla izlənilir. Moskvada Ermənistan prezidentini ciddi qarşılamırlar. ANS TV-nin Moskva bürosunun məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı ballistik raket hücumu ilə təhdid etməsi Rusiyanın hərbi ekspertləri tərəfindən də ciddi bir bəyanat kimi qəbul edilmədi. Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Xramçixin Ermənistanın hərbi güc baxımından Azərbaycandan çox zəif olduğunu və belə bəyanatların sadəcə siyasi məqsəd güddüyünə inanır. Aleksandr Xramçixin sözlərinə görə, aydın məsələdir ki, Sarkisyan bu bəyanatı öz elektoratı üçün edib: “Ermənistanda kütləvi qırğın silahı olmadığı üçün hərbi baxımdan onun Azərbaycanı məhv etməsi mümkün deyil. Ermənistanda sadəcə köhnə Sovet raketləri mövcuddur ki, bunlar da nəinki Azərbaycanı yox etməsi, hətta bəzi konkret hərbi obyektlərə belə dəqqiq zərbə endirə bilməsi sual altındadır”. Rusiyanın tanınmış jurnalisti Orxan Camal isə Sarkisyanın təhdidlərinin Ermənistanın qarşılaşdığı bəzi çətinliklərdən qaynaqlandığına inanır. Orxan Camal deyir ki, Rusiyanın isə indi Ukrayna ilə bağlı ciddi problemləri var: “Ermənistan prezidenti də Rusiyanın dəstəyinin azaldığını hiss etdiyi üçün belə əsəbi bəyanatlar verməyə başladı. Putinin Qarabağ münaqişəsi SSRİ-nin mirasıdır, sözünə gəlincə isə bunu da unutmamalıyıq ki, Ermənistanın bir dövlət kimi ortaya çıxmasının özü də elə SSRİ-dən qalma problemdir”. Soçidə baş tutan müzakirələrdə Qarabağ münaqişəsinin dinc yollarla həlli üçün çalışamaların davam etdirilməsi qərarı alınmışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM