Sarkisyanın Qarabağla bağlı planı

22:03 | 30.05.2017
Sarkisyanın Qarabağla bağlı planı

Sarkisyanın Qarabağla bağlı planı

"Serj Sarkisyan 2018-ci ildə hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək”.

Publika.az xəbər verir ki, bu barədə qondarma "DQR” "parlamentinin” "deputatı” Ayk Hanumyan deyib.

O, Sarkisyanın nə edəcəyini qabaqcadan dəqiq deyə bilməyəcəyini açıqlayıb. Lakin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı konkret addımların atılacağını istisna etməyib.

"Hesab edirəm ki, Qarabağda sosial həyatı inkişaf etdirərək, danışıqlar masasında əlimizi gücləndirə bilərik. Lakin biz bunu görmürük, bütün proqramlar kağız üzərindədir. Sarkisyan hakimiyyətini qorumağı düşünür və bunun üçün hər şeyi edəcək. Hətta münaqişənin həlli ilə bağlı güzəştlərə (ermənilər ərazilərin qaytarılmasını "güzəşt” olaraq təqdim edirlər - red.) də getməsi istisna deyil”, - deyə Hanumyan bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM