Həmid Həmidov
Yas yeri. Kişilər, həmişəki kimi, krill əlifbasının «п» hərfi formasında qoyulmuş masaların arxasında əyləşib danışırlar və ünsiyyət saxlayırlar.
Yaxınların, dostların, qonşuların yanında otururam. Başa düşürəm ki, bu kimi söhbətlər 99 faiz halda dini mövzuda gedir. Artıq 30 saniyə sonra başa düşürəm ki, söhbətdə iştirak edənlərdən təşəbbüskar və təbliğatçı olan kimdir, opponent kimdir, kim öz dəqiq fikri olmadığından maraqla qulaq asır, kim isə öz fikrinə malikdir, amma bu fikrini səsləndirmir (bu, həmişə gözlərdən oxunur).Bu cür söhbətlərdə dəfələrlə iştirak etmişəm və belə söhbətlərin axırının necə qurtardığına da yaxşı bələdəm.Heç bir ümumi fikir olmur. Hər kəs öz fikrində qalır.Amma iki dəqiqə sonra söhbətin aparıcı simaları (adətən olduğu kimi) səni söhbətə çəkmək məqsədilə sənə müraciət edirlər.Zarafata salmağa çalışıram. Yəni, ay uşaqlar, təbliğatda iştirak etmirəm və ümumiyyətlə, hər kəs onsuz da öz fikrində qalacaq. Amma tanışlar sakitləşmirlər. Mübahisədə iştirak edənlər daha da çoxalır. Onların da əksəriyyəti dini nöqteyi-nəzəri müdafiə edir.Mübahisənin mahiyyəti – namazdır. Namaz qılmaq lazımdırmı? Və namaz qılan insanın namaz qılmayan insandan fərqi nədədir?Buna dair müxtəlif səbəblər gətirilir. Hansısa anda özüm də bilmədən söhbətə qoşuluram, gülümsəyərək, inanclı yoldaşlara birbaşa iki sual ünvanlayıram.Cavab verirlər. Hirslənirlər, amma cavab verirlər. Hansısa sualları eşitməzliyə vururlar (görünür cavab vermək sərf etmir), sualdan çox da narahat olmayanlar isə cavab verirlər: "Allah belə dedi"…Nəhayət, onların arasında olan dərrakəlilər razılaşırlar ki, bu söhbətdə yekdil fikrə gəlmək mümkün deyil və hamının həm dinə, həm də inanca münasibətdə öz fikri var.Bununla da söhbət qurtardı. Elə söhbət qurtaran kimi də mollanın "ulduzlu saat"ı başlandı.Molla öz xütbəsi üçün 15 dəqiqə vaxt istədi (amma göstərilən vaxtda xütbəsini bitirmədi və söhbət düz 45 dəqiqə uzandı). Molla – orta yaşlı kişi idi. Eynək taxmışdı. "espanyolka" saqqalı vardı. Cənub regionlarının tanış aksenti hiss olunurdu.Səlis danışırdı. O mənada səlis danışdığını deyirəm ki, yəni bu cür ifadəli şəkildə şeir oxuması ilk dəfə deyildi.Onun bütün danışdıqlarını demək fikrində deyiləm. Cəmisi ikisi üzərində dayanacam:1. Hər bir dindar müsəlmanın namaz qılmağa borclu olduğunu deyən molla bir nümunə gətirdi. O, əyləşmiş şəxslərin hamısından təsəvvürlərinə gətirmələrini xahiş etdi ki, onlar artıq evə malikdirlər və həmin evdə ehtiyacı olan bir ailəni məskunlaşdırıblar və onlar heç nə ummadan nə lazımdırsa, hər şeylə təmin edirlər. Molla, görünür, hər şeyi çox parlaq, rəngli və reallığa yaxın təsvir etməyə çalışırdı. Onu da qeyd etməyi unutmadı ki, siz evdə məskunlaşdırdığınız ailənin kommunal xidmət haqlarını nəzakətlə ödəyirsiniz.Və, budur, molla deyir ki, bu yaxşılıqları etməyinizdən bir ay keçir, iki ay, üç ay, dörd ay… "Siz bu ailəyə kömək etməyə davam edirsiniz, amma bu ailənin üzvlərindən heç kəs sizə etdiyiniz yaxşılıqların müqabilində təşəkkür etmir. Bəs bu, Sizin xoşunuza gələrmi? Məgər bu cür münasibət sizə xoşmu olar? Məgər öz evinizdə məskunlaşdırdığınız insanlar sizə sağol deməli deyillərmi?... Eyni vəziyyət Allaha da münasibətdə ortaya çıxır… Allah bizə həyat verib və bizi hər cür təmin edib və biz də öz namazımızla ona təşəkkür etməyə borcluyuq", - molla fikrini əsaslandırdı.Masa arxasında əyləşmiş inanclılar yerlərində qımıldandılar, mollanın nümunəsini açıq-aydın bəyənərək, bir-birinə dedilər ki, elə beşcə dəqiqə əvvəl eyni məsəli başqalarına da örnək çəkiblər.Mənsə əyləşib, gülümsəyərək, mat-məttəl qalmışdım. Bu cür ağıl kasadlığına təəccüb qalmışdım. Axı yaxşılıq etdiyin insandan "təşəkkür" gözləmək elə insanın təbiətindən qaynaqlanır, bu ifadəni neçə Allaha şamil etmək olar ki…Bəs axı insan nümunələri və kateqoriyaları ilə Tanrının arzularını ölçmək mümkündürmü?Amma bu adamlar üçün bu, belə görünür mümkündür. Onlar öz təfəkkürlərini Allaha da şamil edirlər və belə nümunələri namaz qılmaq ehtiyacının xeyrinə son dərəcə inandırıcı dəlil hesab edirlər.Mən Allah adından nəsə iddia etməyi öhdəmə götürmürəm. Amma əminəm ki, primitiv inani kateqoriyalarla Allahı anlamaq mümkün deyil – "gözə göz", "dişə diş", və ya "yaxşılığa yaxşılıq"…Çətin ki, Allaha kiminsə namaz qılması lazım olsun. Çətin ki, Allaha insandan, ümumiyyətlə nəsə lazım olsun. Əgər Allah varsa, onda insanın ağlı onunla müqayisəedilməz dərəcədə primitivdir…Məgər məsələ namazdadırmı, dostlar? Məgər vicdanla yaşamaq daha sadə deyilmi, belə olduğu halda Allah = vicdan və ya vicdan = Allah (kim necə istəyirsə)...Əxlaq və sağlam düşüncənin tələb etdiyi kimi davranış göstərərək, xristiana, yəhudilərə, müsəlmanlara bölünməsək olmazmı (özü də bu dinlər də axı təriqətlərə bölünürlər)?Bu haqda düşünün!2. Molla bu il Yeni ili qeyd etməməyə çağırdı, çünki bu ilki bayram Məhəmməd peyğəmbərin ölüm günü ilə üst-üstə düşür. Yəni, bu matəm günündə dəcəllik etmək müsəlmanlara yaraşmaz...Molla, əlbəttə bilir ki, biz dinin dövlətdən ayrı olduğu məmləkətdə yaşayırıq. Amma o, əlbəttə, bunun üstündən susmaqla keçməlidir...Gəlin, biz də susaq. Burada şərhə ehtiyac yoxdur...Mollanın ehsanlarından və "mühazirəsindən" sonra bilirsinizmi mən nəyi duydum?Mollanın tonunun dəyişməsini.Bilmirəm, bəlkə də mən çoxdandır ehsanlarda iştirak etmirəm, iştirak etdiklərimdə isə molla dua oxumaqla kifayətlənirdi, əgər belə demək mümkünsə, dekorativ rol oynayırdı. Ehsanlarda səslənən heç bir xütbəni mən düzü xatırlamıram. Və əgər nəyisə də xatırlayıramsa, bu, arzular və nəsihətlərdir.Bu dəfə ton tamamilə başqa idi. Bu, təbliğat idi. Bütün xütbə boyu "belə lazımdır". "Caiz deyil", "məsləhət görmürəm", və "lazımdır" kimi fikirlər eşitmək mümkün idi.Ton daha sərt oldu. Bu, ailənin ehsanlarına "xidmət edən" dəqiq təbliğatçılıq nitqi idi, amma mən bildiyim qədəriylə həmin ailə dinə qüsursuz hörmətlə, amma xüsusi fanatizmsiz yanaşır.Bilmirəm, mollanın sözləri kiməsə həlledici təsiri göstərə, inancsızlardan kimlərisə inandıra-inandıra və öz hədəflərinə nail ola bildimi?İnanmaq istərdim ki, yox.Mən bütün inanclı insanlara hörmətlə yanaşıram və onların Allaha nə qədər inanmalarının mənə dəxli yoxdur. Əgər kimsə namaz qırılsa, məscidə gedirsə və ya kilsədə şam yandırırsa, mən qətiyyən buna qarşı deyiləm. Mən bunun nə lehinə, nə də əleyhinə ola bilərəm, çünki bu hər bir fərdin öz şəxsi işidir. Mən öz nəsihətlərimlə onların fikrinə müdaxilə etmirəm, onları dəyişdirməyə çalışmıram. Əminəm ki, bütün dünyəvi dayılar və xalalar da belə etmirlər."Dinçilər" (bu təyinə küsmək lazım deyil) tamamilə əks istiqamətdə hərəkət edirlər. Və demaqoqluqla qarışdırılmış təbliğat səmimi deyək ki, öz bəhrəsini verir.Və bu, o deməkdir ki, belə templərlə, dostlar, 2-3 ildən sonra bizim öz Təhrir meydanımız olacaq və o zaman dünyəvi həyat tərzi tərəfdarları və şəriət tərəfdarları "Azadlıq" meydanında baş-başa gələcəklər. Və barrikadaların o tayında inanclı insanlar üçün kafirlərdən böyük düşmən olmayacaq. Axı kafirlər dünyəvi qaydalar üzrə yaşamağın tərəfdarı olacaqlar.Çox da deyilsin ki, bizim ölkəmizdə bu real deyil, hesab edirəm ki, əgər müəyyən tədbirlər görülməsə, bu, mütləq baş verəcəkdir...
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !