• $ 1.7
  • € 1.9875
  • ₽ 0.022139
  • ₺ 0.0393
  • £ 2.2832

Saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
28.11.2024 15:11
Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar. Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.


Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib.


Faktla əlaqədar Hacıqabul RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağbənd–Kəlalə körpüsü Novruzadək tamamlanacaq
Cəmiyyət 21:59
Ağbənd–Kəlalə körpüsü Novruzadək tamamlanacaq
Trampla qarşıdurmaya getmək risklidir - İtaliyanın baş naziri
Cəmiyyət 21:30
Trampla qarşıdurmaya getmək risklidir - İtaliyanın baş naziri
131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib
Cəmiyyət 20:26
131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib
Salyanda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edilib
Cəmiyyət 20:10
Salyanda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edilib
Goranboyda iki qadın kimyəvi maddədən zəhərlənib
Cəmiyyət 18:30
Goranboyda iki qadın kimyəvi maddədən zəhərlənib
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 18:26
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Kamran Əsədov həbs edilib
Cəmiyyət 17:46
Kamran Əsədov həbs edilib
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Cəmiyyət 16:40
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib
Bakıda evdə yanğın olub, ölənlər var
Cəmiyyət 15:55
Bakıda evdə yanğın olub, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol