“Sberbank” Türkiyədəki payını ərəblərə satdı

18:16 | 22.05.2018
“Sberbank” Türkiyədəki payını ərəblərə satdı

“Sberbank” Türkiyədəki payını ərəblərə satdı

Türkiyənin "Dənizbank”ı Birləşmiş Ərəb Əmirliklərinin "Emirates NBD” bankına satılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Röyter” agentliyi yayıb. Bankın səhmlərinin 99,85%-i ərəblərə 3,2 milyard dollara satılıb.

Qeyd edək ki, "Dənizbank” bundan öncə Rusiyanın "Sberbank”ına aid olub. Bankın satışı ilə bağlı ruslarla ərəblər arasındakı danışıqlar yanvar ayında başlayıb. "Sberbank” "Dənizbank”dakı payını 2012-ci ildə Belçikanın "Dexia” qrupundan 2,79 milyard avroya alıb.

"Emireyts NBD” Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur. Bank Fars körfəzinin ən böyük banklarından sayılır. Hazırda bankın 7 min işçisi var. Bankın ümumi dəyəri 121 milyard dollardır. "Emireyts NBD”-nin rəhbərlərindən biri Dubay əmirinin əmisi şeyx Əhməd bin Saed əl Məktumdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM