Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təkzib edib.
"Qafqazinfo" xəbər verir ki, keçmiş nazirin yaxınlarından biri Turan-a açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib: "Belə məlumatlar tamamilə əsassızdır. Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”.
Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.
"Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.
S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə istinadla yayılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !