Səfir: “Ukrayna məğlub olacağı təqdirdə Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

23:30 | 19.03.2023
Səfir: “Ukrayna məğlub olacağı təqdirdə Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Səfir: “Ukrayna məğlub olacağı təqdirdə Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

"Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”.

Bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.

"Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, bizim münaqişəyə girməkdən başqa çarəmiz qalmayacaq”, o, "LCI” telekanalında deyib.

Diplomatın sözlərinə görə, müharibədə qalib gəlmək çox vacibdir, çünki Ukrayna münaqişəsi Qərbin əsas dəyərləri və Qərb mədəniyyəti uğrunda gedən döyüşdür.

Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski "Corriere della Sera” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiyanın Ukraynadakı münaqişədə məğlub olması Polşa və bütün Avropa üçün "varlıq səbəbi”nə çevrilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb