Apa xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə çıxış edənlər hərbi qulluqçu İbrahim Mənəfovun 23 illik ömür yolu haqqında danışaraq onun torpaqlarımızın müdafiəsi uğunda şəhid olduğunu vurğulayıblar.
Belə oğul böyütdüklərinə görə şəhidin valideyinlərinə dərin minnətdarlıqlarını bildirən natiqlər onunla qürur duyduqlarını dilə gətiriblər.
1995-ci il martın 31-də anadan olan Azərbaycan Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov 2018-ci il yanvarın 19-da düşmən təxribatının qarşısını alarkən şəhid olub.
Mərasimin sonunda Azərbaycan Respublikası Prezidenti adından, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhidin təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.
Şəhidin valideynləri, hərbi xidmətini təzəcə başa vurmuş qardaşı Nicat Mənəfov göstərilən diqqətə görə ölkə prezidentinə minnətdarlıq ediblər.
Tədbirin sonunda hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin ailəsi Bankə qəsəbəsində şəhidin məzarını ziyarət ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !