İkinci qarabağ müharibəsi zamanı şəhid olmuş Rövşən Hüseynovun doğum günü münasibətilə bu gün yaşadığı ünvanda Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsində bulaq kompleksinin açılışı olub.
Şəhidin ailə üzvləri, yaxınları və rayon ərazisində yaşayan bir sıra sakinlər bulağı ziyarət edib.
Bulaq kompleksi ailənin büdcəsi hesabına yaradılıb.
Şəhid Rövşən Hüseynovun qardaşı Rafael Hüseynovun sözlərinə görə, şəhidin adının əbədiləşdirilməsi məqsədilə bir sıra başqa tədbirlər də görüləcək.
Ətraflı videoreportajda:
Hazırladı: Samirə Əli
İSTİQAMƏT:6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Bizi sosial şəbəkələrdə izləyin !