Şəhriyar Aronyanla heç-heçə etdi

23:29 | 02.08.2021
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun iştirakı ilə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci turniri - "Chessable Masters" keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Ş.Məmmədyarov ilkin mərhələnin son turlarında Jorden Van Forrest, Alireza Firuzca, Uesli So, Levon Aronyanla heç-heçə edib. Şahmatçımızın Aryan Tari ilə mübarizəsi davam edir.

Xatırladaq ki, "Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarətdir və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 600 min ABŞ dolları təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM