• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Şəhriyar Məmmədyarovdan iki qələbə

Şəhriyar Məmmədyarovdan iki qələbə
02.05.2021 09:52
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının "New In Chess Classic” turnirində həlledici mərhələnin ilk qarşılaşmaları keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla birinci matçda qarşılaşıblar. Dörd partiyadan ibarət matçda təmsilçimiz iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli Maqnus Karlsen ilə ABŞ təmsilçisi Hikaru Nakamura arasında qarşılaşma davam edir. Üç partiyanın nəticəsinə görə, M.Karlsen 2:1 hesabla öndədir.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan "New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.
"Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İdman 13:36
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
İdman 22:30
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat aldı
İdman 19:30
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat aldı
Azərbaycanın qadın güləşçisi İslamiadanın qalibi olub
İdman 22:01
Azərbaycanın qadın güləşçisi İslamiadanın qalibi olub
Əli Əsədov WA prezidenti ilə görüşüb
İdman 19:10
Əli Əsədov WA prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol