“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat edib

16:48 | 24.01.2024
“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat edib

“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat edib

"Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.
 
Bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib.

Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb. O, "Odessa” kinostudiyasının istehsalı olan "Göy Quş”, "Hakim”, "Xarici Qadın”, "Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayıdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM