Dünya ədəbiyyatının məşhur yazarı Vilyam Şekspirin qəbul olunmuş bioqrafiyasına əsasən onun bu il 450 illiyi qeyd olunacaq. Bu səbəblə dünya səhnəsinin ən uğurlu adlarından olan yazar bütün dünyada müxtəlif tədbirlərlə yad ediləcək. Hər il olduğu kimi bu il də xarici ölkələrdə məşhur aktyorlar Şeksprin əsərlərini səhnələşdirəcəklər. Onlardan Cud Lou “V. Henri”, Kevin Speysi “III Riçard” ilə səhnədə çıxış edəcək. Bundan başqa, Türkiyə teatrlarında da yanvar ayından başlayaraq Şeksprin əsərləri oynanılacaq. Bununla bağlı Azərbaycanda tədbirlərin keçirilib-keçirilməyəcəyini öyrənmək cəhdlərimiz uğursuz oldu. Mədəniyyət və Turizm Nazirliyinə 2 gün ərzində dəfələrlə zəng etsək də, bu sahəyə cavabdeh olan Naibə xanım ya iclasda oldu, ya işə vaxtında gəlmədi, ya da ki ümumiyyətlə telefon zənglərimizə cavab vermədi. ANN.Az