Sentyabrda nə qədər adam zəhərlənmədən ölüb? - KTM

09:09 | 03.10.2024
Sentyabrda nə qədər adam zəhərlənmədən ölüb? - KTM

Sentyabrda nə qədər adam zəhərlənmədən ölüb? - KTM

Sentyabrda ikisi kişi, biri qadın olmaqla üç nəfər zəhərlənmədən ölüb. Bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. 
 
Ay ərzində zəhərlənmə diaqnozu ilə ümumilikdə 101 nəfər müraciət edib. 
 
Onların 40 nəfəri dərmandan, 38 nəfəri sirkə turşusundan, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənib. 
 
Ay ərzində isə 9 nəfəri ilan sancıb. 
 
Avqusta zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 104 nəfər müraciət etmişdi, onların 4-ü zəhərlənmədən ölmüşdü. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM