Sentyabrdan uşaqlar dövlət hesabına özəl bağçaya gedə biləcək

12:26 | 01.07.2024
Sentyabrdan uşaqlar dövlət hesabına özəl bağçaya gedə biləcək

Sentyabrdan uşaqlar dövlət hesabına özəl bağçaya gedə biləcək

Sentyabrdan dövlət-özəl əmədaşlığı çərçivəsində uşaqlar özəl bağçaya gedə biləcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.  

"Bu modeldə stimullaşdırıcı mexanizmləri istifadə etməyi planlaşdırırıq. Dövlət valideynə vauçer təqdim edəcək ki, o övladını özəl bağçaya göndərsin. Bu zaman dövlət infrastruktur baxımından qənaət edəcək, çünki bunu özəl sektor edecek. Məktəbəqədər təhsilin hər bir uşaq üçün əlçatan olmasını təmin etmək olduqca mürəkkəb prosesdir”, - Apa nazirə istinadla yazıb.
 
2023-cü ilin dekabrında elm və təhsil naziri Emin Əmrullayev 2024-cü ildən məktəbəqədər təhsillə bağlı özəl-dövlət əməkdaşlığı pilot layihə kimi icra olunacağını açıqlayıb. 
 
Əmrullayev vurğulayıb ki, 2026-ci ilə qədər məktəbəqədər təhsilə cəlb olunan 1-5 yaşlı uşaqların 50%-ə çatdırılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, məktəbəqədər təhsil mütəxəssislərin hazırlanmasına da ciddi ehtiyac var və yaxın gələcəkdə bu istiqamətdə ciddi dəyişiliklər gözlənilir.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM