Suriyada olan İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçisi Məcid Divani, İsrail ordusunun üç gün əvvəl Dəməşqə endirdiyi hava zərbəsi nəticəsində aldığı yaralardan cümə axşamı vəfat edib. Bu barədə İran KİV-ləri məlumat yayıb.
"Üç gün əvvəl Dəməşqə endirilən hava zərbəsi nəticəsində Suriyada olan SEPAH məsləhətçilərindən biri olan Məcid Divani aldığı yaralardan bu gün vəfat edib," - agentliyin məlumatında bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !