Qondarma rejimin sonuncu "prezidenti" Samvel Şahramanyan Ermənistan yaxın vaxtlarda xalqın qarşısında çıxış edərək bir sıra məsələlərə toxunacaq. Bu barədə Ermənistan mətbuatı yazıb.
"Əziz həmvətənlər, bəzi KİV-lərdə və sosial şəbəkələrdə sentyabrın 19-da baş vermiş hərbi əməliyyatlardan sonra "Artsax Respublikası hökumətinin" müxtəlif vətəndaşlardan mənzillər və ya daşınmaz əmlak alması, kredit və ya nağd pul verməsi barədə yayılan yalan məlumatlar həqiqətə uyğun deyil", - məlumatda deyilir.
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşları üçün reiteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Xankəndində və digər yerlərdə yaşayan ermənilər rəsmi saytdan qeydiyyatdan keçməklə vətəndaşlıq üçün müraciət edə bilər.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər.
Oktyabrın 5-də sepratçı rejimin keçmiş "rəhbərləri" Bako Saakyan və Arkadi Qukasyanı, həmçinin "parlamentin eks-spikeri" David İşxanyan barəsində Səəbail Məhkəməsi 4 aylıq həbs qərarı verib.
Onlar oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bir gün əvvəl Azərbaycaın hüquq mühafizə orqanları qondarma rejimin keçmiş "preizdenti" Araik Arturyuanın saxlanması barəsində xəbər yayıb.
Bundan əvvəl Azərbaycan separatçı rejimin "xarici işlər naziri" və "prezidentinin keçmiş köməkçisi" David Babayanın, o cümlədən Ermənistanın Qarabağdakı "hərbi qüvvələri komandanının keçmiş müavini" David Manukyanın və "keçmiş dövlət naziri" Ruben Vardaryanı saxlanması ilə bağlı açıqlama yayıb.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !