Serbiyada terror təhlükəsi ilə bağlı qırmızı səviyyə elan edilib

21:49 | 29.06.2024
Serbiyada terror təhlükəsi ilə bağlı qırmızı səviyyə elan edilib

Serbiyada terror təhlükəsi ilə bağlı qırmızı səviyyə elan edilib

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan edib.Bu barədə xarici media xəbər verib.
 
Bu, insanların sıx olduğu yerlərdə təhlükəsizlik qüvvələrinin sayının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

"Daxili işlər naziri kimi terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan etdim, bu o deməkdir ki, nazirliyin bütün struktur bölmələrinin rəhbərləri terror təhlükəsi yarandıqda necə hərəkət etmələri ilə bağlı təlimatlara uyğun olaraq dərhal hərəkətə keçməlidirlər" - deyə Daçiç vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb