Sərhədçilər qəzaya düşüb - ölən var

18:32 | 21.11.2022
Sərhədçilər qəzaya düşüb - ölən var

Sərhədçilər qəzaya düşüb - ölən var

Azərbaycanın Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları avtomobil qəzasına düşüb, baş çavuş Elmir Abbasov  xəstəxanada vəfat edib. Bu barədə  DSX-nin mətbuat xidməti xəbər verib. 

"Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Sərhəd Xidmətinə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb.

Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM