• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Səudiyyə Ərəbistanı koronavirusa yoluxanların sayında Çinə yaxınlaşır

Səudiyyə Ərəbistanı koronavirusa yoluxanların sayında Çinə yaxınlaşır
28.05.2020 23:41
Səudiyyə Ərəbistanında son sutkada 2 235 nəfərə koronavirus diaqnozu qoyulub.


"Report” xəbər verir ki, bunu krallığın Səhiyyə Nazirliyi açıqlayıb.


Məlumata görə, ölkədə koronavirusa yoluxma faktlarının sayı 74 795-yə çatıb.


Bundan başqa, krallıqda pandemiya qurbanlarının sayı 9 nəfər artaraq 399-a yüksəlib. Yaxın Şərq ölkəsində indiyədək 45 668 nəfər COVID-19-dan sağalıb.


Beləliklə, Səudiyyə Ərəbistanı qeydə alınmış yoluxma hallarının sayına görə koronavirusun mənbəyi olan Çinə yaxınlaşır. Belə ki, pandemiyaya qalib gəldiyini iddia edən Çində indiyədək 82 985 nəfərə koronavirus diaqnozu qoyulub.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol