Sezen Aksu obrazını canlandıracaq

11:08 | 25.09.2014
Sezen Aksu obrazını canlandıracaq

Sezen Aksu obrazını canlandıracaq

Son günlər Vasfiyə xala obrazı ilə ulduzu parlayan Qönçə Vuslateri Türkiyənin pop kraliçası Sezen Aksunun gəncliyini canlandıracaq. ANN.Az türk mediasına istinadən xəbər verir ki, rol aldığı serial və filmlərin kulislərində tez-tez Sezen Aksunun böyük heyranı olduğunu bəyan edən aktrisa yeri gələndə onu təqlid edir və buna görə də ona "Manik Sərçə" - Sezen Aksunun ləqəbi olan "Minik Sərçə" sözünün bənzəri verilib.Eyni zamanda aktrisa Sezen Aksunun meneceri Yaşaq Qağa ilə dost münasibətləri olduğundan onun vasitəsilə arada-sırada Sezen Aksu ilə həmsöhbət də olur.2015-ci ildə səhnədən ayrılacağını bəyan edən Sezen Aksu ötən günlərdə böyük bir reklam kampaniyasında həyat hekayəsindən bəhs edəcək reklam çarxının çəkilməsi təklifini qəbul etmişdi və o, gəncliyinin özəlliklə Qönçə Vuslaterinin canlandırmasını istəyib.Çarxda Vuslateri Sezen Aksunun 70-ci illərdə İstanbula gəlməsini, necə şöhrət qazanmasını ifa edəcək.

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb