Ölkəmizdə mövcud olan tarixi abidələrin qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Silinən tarix” fotomüsabiqəsinin qalibləri dekabrın 25-də mükafatlandırılmışlar.Gənclər Fondundan AzərTAc-a bildirmişlər ki, sentyabrın 25-dən başlanmış layihə 3 ay davam etmişdir.Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Rüstəm Əliverdiyev birinci, Zəka Babazadə ikinci, Günel Məmmədova və Tofiq Şirinov isə üçüncü yerləri tutmuşlar.Layihənin tələblərinə cavab verən 15 gəncin fotoları kataloq şəklində çap olunmuşdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !