Sığorta Fondu fermerlərdən daxil olan müraciətləri açıqladı

2023-cü ildə Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub. Bu barədə Sığorta Fondundan məlumat verilib.
Bildirilib ki, müraciətlərin çoxu may və iyunda olub.
Hazırda 400 hektardan çox ərazi sığortalanıb.
Dəymiş ziyan prosesi yekunlaşdıqdan sonra fermərlərə ziyanın məbləği ödənəcək.
Aqrar Sığorta Fondu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına. sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verərək xərcləri qarşılayır.
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
www.anews.az

Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir .
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 