Şirvanşahlar Sarayının taxt-tac zalının tarixi kolleksiyası - FOTOLAR

21:33 | 04.08.2014
Şirvanşahlar Sarayının taxt-tac zalının tarixi kolleksiyası - FOTOLAR

Şirvanşahlar Sarayının taxt-tac zalının tarixi kolleksiyası - FOTOLAR

Rüstəm QasımovTarixi incəsənət mirvarisi sayılan Şirvanşahlar sarayı nəinki Bakının, bütün Azərbaycanın bir nömrəli memarlıq nümunəsi hesab olunur. Ölkəmizə gələn hər bir turist mütləq bu saraya baş çəkir. Çünki bu qalanın hər bir daşı özündə tarixi məqamları ehtiva edir. Şirvanşahların iqamətgahının böyüklüyü onu əhatə edən saray divarlarının və istehkamlarının iriliyindən hiss olunur.Bir vaxtlar şah ailəsinin yaşadığı tarixi abidə əsl kompleksdir, buraya taxt-tac, Divanxanə həyəti, Şirvanşahlar məqbərəsi, 1441-ci ilin minarəli saray məscidi, saray alimi Seyid Yəhya Bakuvinin hamamı və mavzoleyi daxildir. Saray kompleksi XIII-XVI əsr aralığında tikilmişdir (sarayın özü kimi bəzi binalar XV əsrin əvvəlində I Şirvanşah Xəlilullahın dövründə tikilib). Sarayın tikintisi Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıdan Bakıya keçirilməsiylə bağlıdır.1964-cü ildə yaradılmış "Şirvanşahlar sarayı Kompleksi" Dövlət tarixi-memarlıq muzey-qoruğu bu yaxınlarda əsaslı təmir olunub, bina xüsusi effektlərlə və texniki elementlərlə təchiz edilib.Kompleksin ərazisinə keçib bir vaxtlar şahın öz ailəsi ilə birlikdə yaşadığı taxt-tac zalına yollandım. İçəri daxil olanda ortası deşikli hündür və işıqlı otağa düşdüm. Qəribə səslər eşidib aşağı baxdım, orada proyektorun köməyi ilə yaradılan hərəkət edən insanların kölgələrini gördüm, həmçinin səslər eşitdim. Sən demə, taxt-tac zalının binası altında xidmətçilər üçün yer var imiş, deşik isə xüsusi olaraq ona görə açılıbmış ki, şah gün ərzində onun vətəndaşlarının nə işlə məşğul olmalarına nəzarət edə bilsin. Birinci otaq qədim xalçalarla bəzənmişdi. Həm də onlar kifayət qədər uzun idilər, təxminən 3-4 metr. Azərbaycan xalça ustaları tərəfindən yaradılmış parlaq rəng qammaları və dolaşıq naxışlar məni laqeyid qoya bilmədi və mən xatirə üçün bir neçə şəkil çəkdirdim.Sonra mən növbəti otağa yollandım, burada Bakının böyük maketini gördüm. Mən Azərbaycan paytaxtının dəqiq surətini təşkil edən miniatürdə Bakıya diqqətlə baxmağa başladım. Burada həm bayraq meydanı, həm Qız Qalası, bütün əsas mehmanxanalar, və ən əsası mərkəzdə qərarlaşmış Şirvanşahlar Sarayı var idi. Bu zaman muzeyin işçisi işığı qoşdu və bütün maket par-par işıldadı. İşıq vaxtı o, daha maraqlı oldu və hər binanın maketləriylə ayrı-ayrılıqda tanış olmaq mümkün idi.Növbəti otaqda bizi kiçik sürpriz gözləyirdi, Natavan Əliyevanın suvenir mağazası, burada tətbiqi incəsənət elementlərinin orijinal kolleksiyası, naxışlı stəkanlar, ağacdan hazırlanmış miniatürdə Azərbaycan xalq musiqi alətləri, kuklalar, bizim gözəl şəhərimizin təsvirləri, şəkillər, qrafik işlər və bizim evimizin küncünü bəzəyəcək və ona harmoniya, rahatlıq bəxş edəcək orijinal əşyalar təqim edilmişdir.ANN.Az xəbər portalı Şirvanşahlar Sarayının orijinal kolleksiyasının fotolarını sizin diqqətinizə təqdim edir: 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM