"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik edilməklə Parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul olunub.
Layihənin deputat Fəzail İbrahimli təqdim edib. O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini bildirib.
Daha sonra deputat Əli Hüseynli layihədə olan dəyişilikləri təqdim edib. Qanun layihəsi 102 səslə təsdiqlənib. Bir nəfər əlehinə səs verib.
Layihə 6 fəsil, 30 maddədən ibarətdir.
Azərbaycanın aparıcı müxalifət partiyaları isə qanuna dəyişikliklərin mürtəce xarakter daşıdığını bildirib.
Qanun layihəsinin parlamentdə müzakirəsi və qəbulu ilə bağlı video materialı təqdim edirik:
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !