Yeni Azərbaycan Partiyası namizədliyimizi məsləhət görəcəyi halda seçkidə iştirak etmək hüququmuz olacaq. Bunu anews.az-a müsahibəsində deputat Siyavuş Novruzov deyib.
Bu gün report agentliyi deputat Siyavuş Novruzovun və Sevinc Hüseynovanın Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibində olmasını əsaslandıraraq onların namizəd olmayacağını yazıb.
"Biz Mərkəzi Seçki Komissiyasının üzvləri deyilik ki, seçkidən imtina edək. Partiya daxilində seçkilərə rəhbərlik, idarəetmədə iştirak edəcəyik. Bzim iştirak etməyəcəyimizi yazan adam sadəcə ağılsızdır", - deputat açıqlamasında bildirib.

Deputat söyləyib ki, partiya onların namizədliyini təklif etdiyi halda yenidən deputat postu üçün mübarizə aparacaqlar.
Müstəqil seçki eksperti Bəşir Süleymanlı bildirilib ki, Mərkəzi Seçki Komissiyasının üzvü olmayan hər kəs namizədliyi seçkilərdə irəli sürə biləcək.
"Partiya daxilində hər hansı tərkibə daxil olması heç bir məhdudlaşdırıcı hal yaratmır. Yalnız MSK üzvü olduğu təqdirdə namizəd ola bilməzlər. Qalan bütün hallarda iştirak etmək hüququ var", - o əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !