Sloveniyalıların Prosineçkiyə pulu çatmır

14:28 | 10.10.2017
Sloveniyalıların Prosineçkiyə pulu çatmır

Sloveniyalıların Prosineçkiyə pulu çatmır

Sloveniya Futbol İttifaqının prezidenti Rade Miyatoviç maraqlı açıqlama verib. 

Anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, hazırda Azərbaycan millisinin baş məşqçisi olan xorvatiyalı mütəxəssis Robert Prosineçkinin Sloveniya yığmasında işləməsi üçün 800 min avro tələb etdiyindən danışıb. 

Jurnalistlərin bu barədə sualını cavablandıran Miyatoviç bu məbləği vermək imkanına malik olmadıqlarını deyib: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma biz bu pulu verə bilmərik. Çünki maliyyə durumumuz yaxşı deyil”. 

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan yığması ilə müqaviləsi cari ilin sonunda başa çatır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM