Boston meriyası şəhərdə “Wi-Fi” və günəş batareyaları ilə təchiz edilmiş skamya quraşdırıb. Beləliklə, skamyada əyləşməklə mobil telefonun akkumulyatorunu enerji ilə doldurmaq mümkündür.“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, artıq Massaçusets ştatının ən böyük şəhərinin parklarında onlarla belə skamya quraşdırılıb. “Soofa” adlanan bu skamyalar 3 min dollara başa gəlib. Layihəni ABŞ-ın ən böyük mobil operatorlarından biri “Verizon” şirkəti və “Cisco” telekommunikasiya avadanlığı istehsalçısını satın alıb.Skamyada quraşdırılmış USB portlar vasitəsilə cihazı enerji ilə doldurmaq mümkündür. Həmçinin "ağıllı" skamyalar havanın çirklənməsini və səs-küyü qiymətləndirə bilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !