"Qalatasaray"ın futbolçusu Uesli Sneyder Roberto Mançinin onu oynatdığı mövqedən narazıdır.
Qol.Az-ın məlumatına görə, hollandiyalı hücumçu Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə oyundan sonra öz ölkəsinin mətbuatına verdiyi açıqlamada London klubu ilə matçda yaxşı çıxış etmədiyini etiraf edib. Təcrübəli yarımmüdafiəçi bunu Mançinin onu istədiyi mövqedə oynatmaması ilə əlaqələndirib:
"Mənim üçün yaxşı matç olmadı. İstədiyim mövqedə oynaya bilmirəm. Dünya çempionatında oynamaq arzularım puç olur. Ancaq mən Braziliyaya getməyi çox istəyirəm. Çünki bu, mənim üçün sonuncu dünya çempionatı olacaq. Bu şans isə əlimdən alınır".
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !