"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın futbolçusu Uesli Sneyderdən İstanbul klubu haqda məlumat öyrənmək istəyib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la düşdükdən sonra keçmiş oyunçusuna zəng edib. Hollandiya yarımmüdafiəçidən "Cim-Bom" haqda məlumat almaq istəyən Mourinyo buna nail ola bilməyib. Sneyder deyib ki, onun verdiyi heç bir sualı cavablandırmayıb:
"Püşkatamdan iki dəqiqə sonra telefonuma zəng gəldi. Mourinyo mənə bəzi suallar verdi. Komandanın taktikası, oyunçular haqda soruşdu. Ancaq ona heç nə demədim. Mourinyo məni aldada bilmədi".
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !