SOCAR və “Romgaz S.A.” arasında qaz nəqlinə dair saziş imzalanıb

15:00 | 03.02.2023
SOCAR və “Romgaz S.A.” arasında  qaz nəqlinə dair saziş imzalanıb

SOCAR və “Romgaz S.A.” arasında qaz nəqlinə dair saziş imzalanıb

Azərbaycan və Rumıniya 2023-2024-cü illərdə Azərbaycan qazının ildə 1 milyard kubmetr həcmdə Rumıniyaya  ixracı barədə razılığa gəliblər. Bu barədə Azərbaycan Dövlət Neft şirkəti əlumat verib. 
     
"2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Rumıniyanın Romgaz S.A. arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalanıb", - SOCAR məlumatında bildirilib.
 

Saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və Romgaz S.A. arasında imzalanan sənədlərin davamı hesab olunur.

 

SOCAR və Romgaz S.A. ilə 2022-ci il dekabrın 16-da imzalanan müqaviləyə əsasən 2023-cü ildən Azərbaycan qazı Rumıniyaya ixrac edilir.

 

Rəsmi olaraq tərəflər müqavilənin təfərrüatlarını açıqlamasalar da, Aropa KİV-lərinin məlumatına görə, imzalanmış qısamüddətli spot müqavilə 2023-cü il yanvarın 1-dən aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetrədək  qazın ixracını nəzərdə tutur. Hazırda gündəlik ixracın həcmi 4,2 milyon kubmetrə təşkil edir. 

 

Rumıniyaya qaz ixracı Transadriatik qaz kəməri (TAP) vasitəsilə həyata keçirilir. 

 
Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP qaz kəməri "Mərhələ-2” layihəsi çərçivəsində "Şahdəniz” yatağından ildə 10 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onun ötürücülüyünü ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
     
TAP AG 2026-cı ildən etibarən qaz kəmərinin ildə 1,2 milyard kubmetr qazla genişləndirilməsinin birinci mərhələsini həyata keçirəcək.
     
2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin göstəricisini 12,3 faiz üstələyib.
     
Azərbaycan 2023-cü ildə Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb