SOCAR yarım milyardlıq müqavilə imzalayıb

15:35 | 11.11.2024
SOCAR yarım milyardlıq müqavilə imzalayıb

SOCAR yarım milyardlıq müqavilə imzalayıb

SOCAR və BƏƏ-dən Esyasoft Holding və Presight AI-nin ortaq müəssisəsi olan IntelliGrid  şirkəti COP29 çərçivəsində  avadanlıq, proqram təminatı və SMART Gas məlumat işləmə mərkəzinin fəaliyyətinə dair əməkdaşlıq müqaviləsi  imzalayıb . 
 
Noyabrın 11-də  imzalanan müqavilənin ümumi dəyəri 480 milyon dollardır. Bu barədə IntelliGrid-in İdarə Heyətinin direktoru Bipin Çandra məlumat verib.
 
Onun sözlərinə görə,  10 il  üçün nəzərdə tutulan müqavilə  2025-ci ilin birinci rübündən qüvvəyə minəcək. 
 
"Məqsəd SOCAR-ın tərkibində olan Azəriqazın fəaliyyətinə dəstək verməkdir məqsədini daşıyır.  Layihə "Azəriqaz"ın ağıllı qaz şəbəkəsinin idarə olunması prosesinin rəqəmsallaşdırılmasına yönəlib.  Bizim şirkət BƏƏ-də ağıllı qaz şəbəkələrinin rəqəmsal transformasiyası, itkilərin azaldılması, əməliyyatların effektivliyinin artırılması və davamlılığın təmin edilməsi sahəsində tanınır. İndi isə SOCAR ilə əməkdaşlıq edəcəyik. Müqaviləmiz Azərbaycan ev təsərrüfatlarına təklif etdiyimiz effektivlikdən faydalanmağa imkan verəcək. Bunu rəqəmsal transformasiya və süni intellekt sahəsində texnoloji innovasiyalar vasitəsilə həyata keçirməyi planlaşdırırıq",   - Çandra bildirib. 

BƏƏ şirkəti birbaşa avadanlıq, proqram təminatını həyata keçirəcək.Bu da  müştərilərə xidmətlərə rəqəmsal olaraq asanlıqla daxil olmaq imkanı yaradacaq. 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM