Soçidə Putinlə Paşinyan arasında görüş başlayıb - VİDEO

15:50 | 31.10.2022
Soçidə Putinlə Paşinyan arasında görüş başlayıb - VİDEO

Soçidə Putinlə Paşinyan arasında görüş başlayıb - VİDEO

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Məlumatı Paşinyanın mətbuat xidməti yayıb.
 
Vladimir Putin Soçidə Nikol Paşinyanla görüşündə deyib ki, "Qarabağ münaqişəsinə nə vaxtsa son qoyulmalıdır”.
 
"Mən bilirəm ki, sizin bunun üçün siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik", - Rusiya prezidenti Ermənistanın baş nazirinə deyib.

Öz növbəsində Paşinyan bildirib ki,  İrəvan üçün Rusiyanın Dağlıq Qarabağ məsələsində yanaşmaları məqbuldur.
 
"Azərbaycan qoşunlarının Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması Ermənistan üçün çox vacibdir. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərindən çıxarılması ilə bağlı Rusiya Federasiyasının dəqiq mövqeyinə ümid edir",  -  Paşinyan deyib. 
 
"RİA Novosti” xəbər verir ki,  Görüş Soçidəki "Rus” sanatoriyasında keçirilir. Putin "Boçarov ruçey" iqamətgahı ilə yanaşı Putin burada da ənənəvi olaraq xarici qonaqları  qəbul edir.

Bazar ertəsi elə həmin yerdə, "Rus"da Rusiya Federasiyası-Ermənistan-Azərbaycan üçtərəfli sammitinin keçirilməsi planlaşdırılır. Orada dövlət başçıları Qarabağdakı vəziyyətin nizamlanması məsələsini müzakirə edəcəklər. Sammitdə tərəflər gələcək sülh müqaviləsinin əsasını təşkil edəcək sənədin qəbuluna gələ bilərlər.

Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.
 
Liderlər Rusiya sülhməramlılarının mandatının 10-20 il uzadılması məsələsinə də toxuna bilərlər.

Bundan əvvəl Nikol Paşinyan oktyabrın 31-də Soçidə Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 10-20 il müddətinə uzadılması ilə bağlı sənəd imzalamağa hazır olduğunu bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 31-də Rusiya prezidenti Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün keçiriləcəyini təsdiqləyib.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM