Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarında Almaniya liderliyini qoruyur.Trend-in məlumatına görə, bundestim ümumilikdə 8 qızıl, 3 gümüş və 4 bürünc medalla birinci yerdədir. Norveç 7 qızıl, 4 gümüş, 7 bürünclə ikinci, Niderland 6 qızıl, 6 gümüş, 8 bürünclə üçüncü, ABŞ 6 qızıl, 4 gümüş, 10 bürünclə dördüncü sıradadır.Yarışlara ev sahibliyi edən Rusiya isə 5 qızıl, 8 gümüş və 6 bürünc medalla 5-cidir.