Tibetdə qızı eyni vaxtda bir ailənin bütün qardaşlarına ərə vermək normal qəbul olunan hallardandır. Belə qeyri-adi münasibətlər maddi rifahın təminatçısıdır, çünki oğlan evinin əmlak bölgüsü kimi bir problemi qalmır yaxud qazanılan vəsait eyni nəsilin tərkibində dövr edir, bir ailəyə xərclənir.
Əlbəttə ki, bizim üçün Tibetin poliqamik (çoxərli yaxud çoxarvadlı ailə) ailələri xeyli təəccüb doğurur. Oturuşmuş ənənəyə görə ailənin böyük oğlu özünə arvad seçir və kiçik qardaşları da qeyri-ixtiyari olaraq bu arvadın əri olurlar. Əlbəttə ki, qadın üçün ərlərin çox olması böyük uğur sayılır, çünki bu, o deməkdir ki, qızın ailəsi zəngin olacaq. Əgər bir kişi öz həyatını başqa bir qadına həsr etmək istəyərsə, hansısa bir səbəbdən ümumi arvadı qəbul etməzsə, o zaman o, payına düşən öz şəxsi əmlakından tamamilə imtina etməlidir.
Qadınları isə, bu münasibətlər modeli tam qane edir. Arvad ərlərinin hər birinə müxtəlif hisslər bəsləyir, kişilər isə ona yarınmaq üçün çalışır. Hansı kişi ailə rifahı naminə daha çox çalışarsa, onun "sevimli" statusunda olmaq şansı daha böyükdür. Əgər hər hansı bir ər ümumi rifah naminə səy göstərməzsə, bu zaman arvad, hətta onu evdən qova da bilər. Düzdür, bunun üçün əvvəlcədən qayınanası ilə söhbət baş tutmalıdır, bəlkə "fərsiz oğul”un anası gəlindən xahiş edəcək ki, onu bağışlasın.
Ər-arvad "borcu"na gəldikdə isə, burada da çox vaxt, seçim məhz qadına aiddir: arvad qardaşlarının hər biri ilə vaxt keçirir, amma bəzən kim ona daha sevimlidirsə, daha çox onu seçir. Belə ailələrdə dünyaya gələn uşaqların tərbiyə və ehtiyaclarında ailə ümumi olaraq iştirak edir, lakin məhz böyük qardaş, hansı ki, arvadı da o seçir, bütün uşaqların atası sayılır. Hallar məlumdur ki, kiçik qardaşlar özlərinə gizli həyat yoldaşı (əslində, məşuqə) tapırlar, lakin onlardan doğulan uşaqlar hüquqsuz hesab olunur. Və bir qayda olaraq, məşuqələrə uşaq böyütməkdə heç bir kömək etmirlər. Ən qəribəsi isə budur ki, bəzən belə poliqamik ailələrdə ərlərdən biri "yad adam" ola bilər. Belə ki, o, nəsildə kişilərin tibbi baxımdan uşaq yapmaq potensialı yoxdur, amma varis də lazımdır, bu zaman ittifaqa "yad adam" daxil olur və qadın hamilə qalır.
Tibetdə qız öz sevgi macəraları ilə fəxr edir. Pərəstişkar ərləri onlara xüsusi diqqət göstərirlər. Oxuculara poliqam ailələr haqda daha geniş bilgilər verməyə çalışacağıq. Publika.azı izləməyə davam edin.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !