Azercell
şəbəkəsini yüksək templə genişləndirməyə və modernləşdirməyə davam edir
1 il öncə şəbəkəsinin genişləndirilməsi və modernləşdiriməsi
üzrə genişmiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə bir sıra mühüm
işlər görüb. Lider mobil operator ümumi şəbəkə tutumunu ölkə boyu gücləndirməklə
yanaşı Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salıb. Eyni
zamanda, ötən ilin avqust ayından etibarən Azercell respublikanın müxtəlif
regionlarında 160 yeni 4G baza stansiyası quraşdırıb, 1554-dən çox baza
stansiyasında isə təkmilləşdirmə işləri aparıb. Təkcə Naxçıvan Muxtar
Respublikasında lider mobil operator 70-dən çox yeni 4G baza stansiyasını
istifadəyə verib. Bununla da lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini
14.1% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində Azercell-in internet
trafikinin həcmində 30% -dən çox artım
müşahidə edilib.
Azercell işğaldan azad edilmiş ərazilərdə də ən
müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib.
Hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını,
İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini
öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox
baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də
mobil rabitə xidmətləri göstərir.
Ətraf mühitin qorunmasını diqqət mərkəzində
saxlayan Azercell, ötən il Qarabağda "yaşıl” texnologiyaların da tətbiqinə
başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan
baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə
çatdırmağı planlaşdırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !