Son 20 ildə rəsmi qeydiyyatdan keçirilən əsərlərin sayı bilindi

14:55 | 18.01.2014
Son 20 ildə rəsmi qeydiyyatdan keçirilən əsərlərin sayı bilindi

Son 20 ildə rəsmi qeydiyyatdan keçirilən əsərlərin sayı bilindi

 Müəllif Hüquqları Agentliyi (MHA) son 18 il ərzində Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayını açıqlayıb.MHA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1996-2013-cü illərdə ölkədə 9 133 əsər qeydiyyatdan keçirilib. Bunun 2 910-u (31,86%) musiqi əsərləri, 2 274-ü (24,89%) ədəbi əsərlər, 1 611-i (17,63 %) elmi və tədris əsərləri, 770-i (8,43%) dizayn və dekorativ tətbiqi sənət əsərləri, 333-ü (3,64%) toplular, 61-i (0,66%) multimedia əsərləri, 39-u (0,42%) fonoqramlar və yayım təşkilatlarının verilişləri, 11-i (0,12%) isə məlumat bazalarıdır. Ötən il ərzində isə Azərbaycanda 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və qeydiyyat haqqında 365 şəhadətnamə verilib.ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM