Hikmət Hacıyev Ermənistanla münasibətlərin son vəziyyətindən danışıb

11:53 | 20.12.2023
Hikmət Hacıyev Ermənistanla münasibətlərin son vəziyyətindən danışıb

Hikmət Hacıyev Ermənistanla münasibətlərin son vəziyyətindən danışıb

Son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycan hər zaman sülh tərəfdarı olub. Münasibətlərin normallaşması üçün hər zaman barışıq əlini uzadıb. Əsas istəyimiz Ermənistanın Azərbaycanla sülh bağlamasıdır,"- Hacıyev BBC-yə müsahibəsində deyib.

Dekabrın 13-də Azərbaycanla Ermənistanın birgə razılığı ilə Qazaxın sərhədyanı bölgəsində hərbi əsərilərin dəyişdirilməsi prosesi baş tutub. Belə ki, Azərbaycan Ermənistana 32 hərbçisini, Ermənistan isə Azərbaycana 2 hərbçisini təhvil verib. 

Bundan əvvəl Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh sənədi üzrə işlərin böyük bir hissəsi həll olunub. 

Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yarandığını qeyd edib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM