Belə ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 8,95%-dən 8,81%-ə düşüb. Xarici valyutada olan kreditlər üzrə orta faiz dərəcəsi son dörd ayda 8,73%-dən 8,38%-ə qədər azalıb.
Son bir ayda isə xarici valyuta ilə olan kreditlərin orta faiz dərəcəsi 8,31%-dən 8,38%-ə qalxıb. Manatla olan kreditlərin orta faiz dərəcəsi isə 8,82%-dən 8,81%-ə düşüb.
Sual yaranır devalvasiyadan sonra həm manat həm də xarici valyuta üzrə olan kredit faizləri nə üçün ucuzlaşıb?
İqtisadçı-ekspert Pərviz Heydərov Oxu.Az-a bildirib ki, manatın ucuzlaşmasından sonra kredit təkliflərində struktur dəyişikliklərində dəyişilik baş verib:
"Manatın dollara və avroya görə ucuzlaşdırılmasından sonra banklar tərəfindən həm vəsait cəlbində, həm də kredit təkliflərində struktur dəyişikliklərinin baş verəcəyi gözlənilən idi. Məlumdur ki, əhali devalvasiyadan dərhal sonra banklarda yerləşdirdikləri manatla olan əmanətlərini xarici valyutaya dəyişdilər. Eyni zamanda, yeni əmanət yerləşdirimi xarici valyuta ilə həyata keçirilməyə başlandı".
"Bütün bunlar isə manatla kredit təklifini çətinləşdirdi. Və paralel olaraq, dolların bahalaşması isə xarici valyuta ilə olan kredit təklifinə tələbi məhdudlaşdırdı. Orta faiz dərəcələrinin aşağı düşməsi bilavasitə bu proseslərlə əlaqədardır"-deyə, ekspert qeyd edib.
İqtisadçı onu da əlavə edib ki, sözügedən aşağı düşmə ciddi xarakter daşımır:
"Lakin rəqəmlərə diqqət yetirsək, sözügedən aşağı düşmə o qədər də çox deyil və olduqca cüzi xarakter daşımışdır. Təsadüfi deyil ki, son 1 aydakı tendensiya manatla olan kreditlərin orta faiz dərəcəsinin enməsinə baxmayaraq, xarici valyuta ilə olan kreditlər üzrə orta faiz dərəcəsinin yenidən qalxmağa başladığını göstərir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !