• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi
15.08.2019 10:23
Azərbaycan Rusiyaya nota verib.
 
Anews.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
 
Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində "Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.
 
Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən "Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.
 
Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.
 
Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Mirzoyan arasında telefon danışığı olub
Siyasət 18:42
Ceyhun Bayramovla Mirzoyan arasında telefon danışığı olub
Kaya Kallasla Ceyhin Bayramov arasında telefon danışığı olub
Siyasət 19:58
Kaya Kallasla Ceyhin Bayramov arasında telefon danışığı olub
İlham Əliyev Qətər Əmirinə zəng edib
Siyasət 19:53
İlham Əliyev Qətər Əmirinə zəng edib
Azərbaycan və Ermənistan sülh sazişinin mətnini açıqlayıb
Siyasət 17:03
Azərbaycan və Ermənistan sülh sazişinin mətnini açıqlayıb
Azərbaycan Dəniz Gəmiçiliyi rəhbəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Siyasət 13:25
Azərbaycan Dəniz Gəmiçiliyi rəhbəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsində trend olub
Siyasət 11:15
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsində trend olub
İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
Siyasət 19:29
İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Siyasət 14:30
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Siyasət 14:14
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol