SON DƏQİQƏ!!! Azərbaycanın tanınmış əməkdar artisti vəfat etdi (FOTO)

19:26 | 29.09.2019
Əməkdar artist, dirijor Ziya Bağırov vəfat edib.


Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Nüşabə Ələsgərli sosial media hesabında məlumat verib.


Qeyd edək ki, mərhum sənətçi 1962-1972-ci illərdə Z. Bağırov Bakı Hərbi Mahnı və Rəqs ansamblında, 1972-1978-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində, 1978-1998-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Mahnı və Rəqs ansanblında dirijor vəzifəsində çalışıb.


1962-ci ildən 1998-ci ilə qədər iş fəaliyyəti ilə bağlı bir çox xariсi ölkələrdə qastrol səfərlərində olan Z.Bağırov, bu səfərlər zamanı Azərbaycan mədəniyyətini təmsil edib. O, 1999-cu ildən etibarən isə Musiqili Komediya Teatrında çalışırdı.


Z.Bağırov 81 yaşında dünyasını dəyişib.
 


www.anews.az
loading...